Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dəyəri 1 milyard dollardan çox olan dünyanın ən böyük tullantıları enerjiyə çevirən zavodunun (Dubay Tullantıların İdarə Olunması Mərkəzinin (DWMC)) birinci mərhələsinin açılışı olub.
Renewables.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə vəliəhd, Əmirliyin İcraiyyə Şurasının sədri Həmdan bin Məhəmməd bin Rəşid Əl Məktum məlumat verib.
Dubayın vəliəhd şahzadəsinin sözlərinə görə, stansiya 220 MVt-saat elektrik enerjisi istehsal etmək iqtidarındadır ki, bu da 135 000 mənzilə xidmət göstərmək üçün kifayətdir. Müəssisə ətraf mühitə mənfi təsir göstərmədən ildə 2 milyon ton tullantı emal edə bilər.
Qeyd edək ki, 2021-ci ildə BƏƏ 2050-ci ilə qədər ölkənin karbon neytrallığına nail olmağı hədəfləyən “Net Zero 2050” strateji təşəbbüsünü təqdim edib. Bu təşəbbüs təmiz enerji mənbələrinin tətbiqinə yönəlib.
"Tullantıdan-enerjiyə" zavodu 2024-cü ildə tam fəaliyyət göstərək.
Rəylər (0):