Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində bərpa olunan enerji layihələri diqqətə çatdırılıb

image

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Rolande Praysla görüşüb.

Renewables.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, nazir Mikayıl Cabbarov Azərbaycanın Dünya Bankı ilə uğurla əməkdaşlıq etdiyini, ölkəmizdə Bankın göstərdiyi texniki yardım və maliyyə dəstəyi layihələrinin yüksək qiymətləndirildiyini bildirib. 

Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində bərpa olunan enerji və “yaşıl” iqtisadiyyata keçid, eləcə də Azərbaycanın icrasında maraqlı olduğu digər layihələr diqqətə çatdırılıb.

Rolande Prays Bankın Azərbaycan hökuməti ilə səmərəli əməkdaşlığını vurğulayıb, əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edib, tərəfdaşlığın inkişaf etdirilməsi barədə fikirlərini bölüşüb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *