Əlcəzair portalı Azərbaycanın bərpaolunan enerji potensialı haqda məqalə dərc edib

image

Əlcəzairin “Əl Hərir” portalında “Prezident İlham Əliyev azad olunmuş ərazilərdə böyük bərpaolunan enerji potensialı olduğunu bildirib” sərlövhəli xəbər yayımlanıb.

"Berpaolunanenerji.az"ın məlumatına görə, AZƏRTAC-ın ərəb dilində xəbərinə istinadla yayımlanan materialda qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda Qarabağın azad olunmasından sonra bu ərazilərdə bərpa oluna bilən enerji mənbələrinin qiymətləndirildiyini, ilkin məlumata əsasən, 9200 meqavat günəş və külək enerjisi potensialının olduğunu diqqətə çatdırıb.

Xəbərdə qeyd olunub ki, Prezident İlham Əliyev Ermənistanın kapitulyasiya aktını imzaladıqdan sonra Kəlbəcərdə 30 su elektrik stansiyasını dağıtdığını, hazırda bu rayonda davam edən quruculuq işləri zamanı artıq 20 meqavatlıq stansiyanın işə salındığını bildirib. Azərbaycan Prezidenti vurğulayıb ki, Qarabağda günəş və külək elektrik stansiyalarının inşası ilə bağlı BP şirkəti ilə aparılan danışıqlar başa çatmaq üzrədir, həmçinin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən ümumi 430 meqavat gücündə bir günəş və bir külək stansiyaları tikiləcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *