28 mart 2023-cü il tarixində saat 15:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun videokonfrans formatında iclası keçiriləcək.
"Renewables.az"a bu barədə Energetika Nazirliyindən bildirilib.
İclasda “Kommunal xidmətlərə (elektrik təchizatı şəbəkəsinə) qoşulma” indikatoru ilə bağlı 2022-2023-cü illər üzrə Yol Xəritəsində və İşçi qrupun 2022-ci il üçün Fəaliyyət Planında, eləcə də “Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə Kommunikasiya Strategiyası”nda nəzərdə tutulan tədbirlərin icra vəziyyətinə dair 2022-ci il üzrə hesabatlar müzakirə ediləcək, elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində aparılmış islahatlara dair görülən işlər barədə məlumatlar veriləcək.
Rəylər (0):