“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası keçiriləcək

image

Sentyabrın 22-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək.

Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, iclasda Dünya Bankının “B-Ready” hesabatının “Kommunal xidmətlərə (elektrik təchizatı şəbəkəsinə) qoşulma” indikatoru ilə bağlı 2022-2023-cü illər üzrə Yol Xəritəsində cari ilin üçüncü rübü ərzində icra müddəti bitən tədbirlərin icra vəziyyəti və işçi qrupunun ötən iclasında verilmiş tapşırıqların icra vəziyyəti ilə bağlı görülmüş işlər barədə məlumat veriləcək, həmçinin gündəliyə uyğun olaraq digər məsələlər müzakirə ediləcək.

İclasda Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, “Azərişıq” ASC və digər aidiyyəti qurumların nümayəndələri iştirak edəcək.

İclasla əlaqədar vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri Komissiyanın https://azranking.az internet portalının “onlayn müraciət” bölməsi (https://azranking.az/online-apply) vasitəsilə işçi qrupun işində iştirak edərək aidiyyəti sahə və məsələlər barədə təkliflər təqdim edə bilərlər.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *