"Azərbaycan enerji ölkəsi olaraq fəaliyyətini davam etdirəcək, bərpa olunan mənbələrdən (alternativ) enerji ilə yalnız özünü deyil, qonşu ölkələri də təmin edəcək".
"Berpaolunanenerji.az" "Report"a istinadən xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.
"Azərbaycanın 157 qiqavat ofşor, 3 000 meqavat külək, 23 040 meqavat isə günəş enerjisi potensialı var. Biz istəyirik ki, investorlar Azərbaycana gəlsinlər və bərpa olunan enerji istehsal edərək satsınlar", - deyə o, qeyd edib.
Rəylər (0):