Elnur Soltanov: “Azərbaycan neft-qaz ölkəsinin bərpa olunan enerjiyə keçid üzərində necə işlədiyinin nümunəsidir”

image

“Azərbaycan neft-qaz ölkəsinin bərpa olunan enerji mənbələrinə keçid üzərində necə işlədiyini göstərən ən yaxşı nümunələrdən biridir”.

Renewables.az “Report”a istinadla xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov 17-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimində deyib.

Onun sözlərinə görə, Azərbaycan enerji sektorunda təcrübə qazanıla və öyrənilə biləcək ən yaxşı ölkələrdən biridir: “Belə ki, bu gün Azərbaycan neft hasilatından başlayaraq, təbii qaz hasil edən ölkəyə çevrilərək enerji keçidinin bir neçə mərhələsini keçib və bu gün bərpa olunan enerji mənbələrinə keçid üzərində işləyir”.

O qeyd edib ki, hətta yay məktəbində təhsil aldığı müddətdə tələbələrin özləri də ölkənin energetika sahəsinin necə sürətlə inkişaf etdiyini müşahidə edə biləcəklər.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *