Energetika naziri Pərviz Şahbazov Gürcüstana səfər edib

image

Energetika naziri Pərviz Şahbazov Gürcüstana səfər edib.

Renewables.az-a Nazirlikdən verilən məlumata görə, P.Şahbazov və rəhbərlik etdiyi nümayəndə heyəti 15 may tarixində Tbilisi şəhərində keçiriləcək “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə dörd ölkə nazirlərinin 7-ci iclasında iştirak edəcək.

Görüşdə Sazişin icrasının sürətləndirilməsi məqsədilə qarşıda duran vəzifələr müzakirə ediləcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *