Energetika naziri: "Qazaxıstanla bərpa olunan enerji sahəsində əməkdaşlığa hazırıq"

image

Azərbaycan Qazaxıstan şirkətləri ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq etməyə hazırdır.

Renewables.az xəbər verir ki, bunu Azərbaycan və Qazaxıstan arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın bu gün Bakıda keçirilən 19-cu iclasında energetika naziri Pərviz Şahbazov bildirib.

"Azərbaycan "Yaşıl enerji"yə keçiddə mühüm işlər həyata keçirir. Bugünkü iclasın protokoluna iki ölkənin əməkdaşlığındakı əsas məqamlar o cümlədən, energetika sahəsində əməkdaşlıq məsələləri daxildir", - deyə o qeyd edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *