Energetika nazirinin müavini Elnur Soltanov COP29 Azərbaycan üzrə baş icraçı direktor təyin edilib

image

Energetika nazirinin müavini Elnur Soltanov COP29 Azərbaycan üzrə baş icraçı direktor təyin edilib.

Renewables.az xəbər verir ki, bu barədə COP29-un "X" səhifəsində paylaşım olunub.

E.Soltanov 2004-2009-cu illərdə Texas Tech Universiteti, Slippery Rock Universiteti və Truman State Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. O, həmçinin 2000-2003-cü illərdə Türkiyədə Avrasiya Strateji Araşdırmalar Mərkəzində tədqiqatçı işləyib, daha sonra 2003-2009-cu illərdə ABŞ-nin Texas Tech Universitetinin siyasi elmlər fakültəsində aspirantura təhsili alıb.

E.Soltanov 2009-2018-ci illərdə ADA Universitetində baş müəllim, Xəzər Enerji və Ətraf Mühit Mərkəzində direktor, ictimai və beynəlxalq münasibətlər fakültəsində dekan vəzifəsində çalışıb. 2018-ci ildən Azərbaycan Respublikası energetika nazirinin bərpa olunan enerji və enerji səmərəliliyi məsələlərinə cavabdeh müavinidir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *