“Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.
Renewables.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda yarımbəndlər əlavə edilib:
“3.0.12-1. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, torpaq sahələrinin (su obyektlərinin) bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə əsaslandırılmış təkliflər verir, bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş torpaq sahəsi (su obyekti) üzərində hüquqların ötürülməsi ilə bağlı müvafiq tədbirlər görür;
3.0.12-2. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsini həyata keçirir, bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikat verir;”.
Rəylər (0):