Energetika Nazirliyinin işçilərinin say həddi artırılıb - FƏRMAN

image

“Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik olub.

"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.

Dəyişikliyə əsasən, Energetika Nazirliyinin işçilərinin say həddi 180-dən 200-ə, o cümlədən nazirliyin aparatı üzrə 140-dan 160-a çatdırılıb.


 

Rəylər (1):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *