Energetiklər Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər

image

Azərbaycan Respublikası Energetika Nazirliyinin, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin kollektivi Energetiklər Günü münasibətlə Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə əklil qoyublar.

Renewables.az Energetika Nazirliyinə istinadla xəbər verir ki, daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın və dövlət xadimi Əziz Əliyevin məzarları üzərinə gül dəstələri qoyulub.

Şəhidlər Xiyabanı da ziyarət edilib, Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri qoyularaq əziz xatirələri ehtiramla yad edilib.

19 ildir ki, Azərbaycan energetikləri 20 oktyabrı öz peşə bayramları günü kimi qeyd edirlər. Bu əlamətdar gün 1981-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Cənubi Qafqazın ilk böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-in birinci enerji blokunun istifadəyə verilməsi ilə Azərbaycan energetikasının inkişafında yeni mərhələnin başlanmasına əsaslanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli 446 saylı sərəncamı ilə həmin tarix ölkəmizdə Energetiklər Günü kimi təsis edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *