Enerji məlumatlarının idarə edilməsi sisteminin və statistika keyfiyyətinin təmini üzrə seminar keçirilir

image

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda Milli Enerji Məlumatlarının İdarə Edilməsi Sisteminin və Enerji Statistikasının Keyfiyyətinin Təmini” üzrə seminar keçirilir.

"Renewables.az" bu barədə Nazirliyə istinadən xəbər verir.

9 mart tarixinədək davam edəcək tədbirin əsas məqsədi iqlim dəyişmələri problemi ilə əlagədar enerji statistikası məlumatlarının keyfiyyətinin təmini və enerji məlumatlarının idarə edilməsi üzrə müəyyən edilmiş əsas məsələlərin həlli istiqamətində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Beynəlxalq ekspertləri tərəfindən tövsiyələrin hazırlanmasından ibarətdir.

Tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Energetika Nazirliyi, Dövlət Statistika Komitəsi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Milli Hidrometeorologiya Xidməti, Milli Elmlər Akademiyası və SOCAR-ın nümayəndələri iştirak edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *