Prezident İlham Əliyev 22 dekabr 2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edib.
"Berpaolunanenerji.az" xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra Agentlik müayinə və texniki xidmət məlumatları üzrə reyestrə daxil edilmiş məlumatlar əsasında Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada monitorinq keçirəcək, müayinə və texniki xidmətlə bağlı qanunla müəyyən edilmiş tələblərə riayət edilmədiyini aşkar etdikdə, icrası məcburi olan göstərişlər verəcək.
Rəylər (0):