Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol ilə görüşüb.
Renewables.az AZƏRTAC-a istinadla xəbər verir ki, IEA-in Parisdəki mənzil-qərargahında keçirilmiş görüşdə bugünkü təlatümlü dünyada enerji səmərəliliyinin əhəmiyyətindən, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən söz açılıb.
Səfir Leyla Abdullayeva Azərbaycanın enerji mənbələri, xüsusilə də Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması ilə bağlı Sərəncamı, neft-qaz sahəsinin genişləndirilməsi istiqamətində görülən işlər, həmçinin yaşıl enerji sahəsində layihələrin inkişafına yönəlmiş yeni enerji strategiyası, ölkəmizin enerji siyasəti haqqında ətraflı məlumat verib.
IEA-in icraçı direktoru Fatih Birol rəhbərlik etdiyi təşkilat və onun məqsədləri barədə məlumat verib.
O, Azərbaycanın zəngin enerji resurslarına malik ölkə olduğunu bildirərək, enerji böhranı dövründə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verdiyini qeyd edib, ölkəmizin çətin vəziyyətdə olan dövlətlərə yardım göstərdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, IEA Dünya Enerji Proqnozları (WEO), Enerji Texnologiyaları Perspektivlərinə dair illik hesabatları, eləcə də neft, təbii qaz, kömür, son illərdə isə bərpaolunan enerji və enerji səmərəliliyinə dair ortamüddətli perspektivlərə dair hesabatları ilə dünyada tanınır.
Rəylər (0):