Finlandiya şirkətləri, şübhəsiz ki, enerji, bərpa olunan enerji, ekologiya, su ehtiyatlarının idarə edilməsi, rəqəmsallaşma və kənd təsərrüfatı sahələri ilə bağlı texnologiyalarla daha çox maraqlanırlar, çünki Finlandiya məhz bu sektorlarda yeniliklər tətbiq edir.
Renewables.az xəbər verir ki, bunu "Report"a müsahibəsində Finlandiyanın Azərbaycanda, eyni zamanda Cənubi Qafqazın digər ölkələrindəki səfiri Kirsti Narinen deyib.
Səfirin sözlərinə görə, bu sahələr həm də Azərbaycan iqtisadiyyatının əsasını təşkil edir: "Əvvəllər Rusiyada fəaliyyət göstərmiş demək olar ki, bütün Finlandiya şirkətləri artıq bu ölkəni tərk edib. Odur ki, onlar Cənubi Qafqaz və Mərkəzi Asiya daxil olmaqla, yeni bazarlar, tərəfdaşlar axtarışındadırlar".
Rəylər (0):