Fuad Nəcəfli: "Xarici investorlar Naxçıvandakı yaşıl enerji layihələrinin icrasında yaxından iştiraka maraq göstərirlər"

image

Yaşıl enerji, o cümlədən günəş və külək elektrik stansiyalarının inşası istiqamətində çox böyük layihələrin icrası nəzərdə tutulur. Beynəlxalq konsorsium, həmçinin Türkiyə, Almaniya və Çindən investorlar bu layihələrin icrasında yaxından iştiraka maraq göstərirlər.

Renewables.az NUHÇIXAN İnformasiya Agentliyinə istinadla xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli "Azərbaycan Françayzinq Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı ilə xarici və yerli istehsalçılar, eləcə də investorlarla görüşündə deyib.

F.Nəcəfli diqqətə çatdırıb ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda 11 prioritet sahəni əhatə edən proqramda nəzərdə tutulan layihələrin artıq icrasına başlanılır. 

Türkiyənin "İhlas Holding", "Özgün İnşaat", Çinin "Energy China" kimi şirkətlərinin iştirak etdiyi görüş investisiya imkanları, "yaşıl enerji" potensialı, inşaat layihələri, mədənçilik kimi sahələrə dair təkbətək görüşlərlə davam edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *