Füzuli SES-də indiyədək 309 mln. kVt-saat elektrik enerjisi istehsal olunub

image

15 dekabr 2012-ci il tarixində “Füzuli” Su Elektrik Stansiyasının açılışı olub.

Renewables.az Energetika Nazirliyinə istinadla xəbər verir ki, hər biri 6,25 MVt-lıq 4 ədəd hidroaqreqatdan ibarət olan basqılı derivasiya tipli su elektrik stansiyasının ümumi qoyuluş gücü 25,0 MVt-dır.

Stansiyada 2013-cü ilə 22 mln. kVt-saat, 2014-cü ildə 33 mln. kVt-saat, 2015-ci ildə 36 mln. kVt-saat, 2016-cı ildə 38 mln. kVt-saat, 2017-ci ildə 37 mln. kVt-saat, 2018-ci ildə 32 mln. kVt-saat, 2019-cu ildə 31 mln. kVt-saat, 2020-ci ildə 25 mln. kVt-saat, 2021-ci ildə 21 mln. kVt-saat, 2022-ci ildə isə 19 mln. kVt-saat elektrik enerjisi istehsal olunub.

İstismara verildiyi gündən cari ilin 1 dekabr tarixinədək stansiyada 309 mln. kVt-saat elektrik enerjisi istehsal olunub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *