Gitanas Nauseda: "Bərpaolunan enerji kimi müxtəlif sahələr litvalı iş adamlarını cəlb edir"

image

Biz Azərbaycanı nəhəng enerji potensialına malik və şaxələndirməyə can atan inkişaf edən iqtisadi güc kimi görürük.

Renewables.az Azərbaycan Prezidentinin Mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda Vilnüsdə Litva-Azərbaycan biznes forumunun açılışında deyib.

"Azərbaycan iqtisadiyyatının informasiya texnologiyaları, logistika, istehsal, qabaqcıl ərzaq sənayesi, bərpaolunan enerji kimi müxtəlif sahələri litvalı iş adamlarını cəlb edir. Biz bu qədər məsələləri müzakirə edə bilərik. Bizim bugünkü özgüvənimiz son on il ərzində möhtəşəm enerji keçidi prosesi ilə dəstəklənmişdir. Hazırda iqtisadi model yanaşmasında fiksə edilmiş aşağı qiymətli enerji həm qurudakı, həm də dənizdəki bərpaolunan enerji mənbələrindən generasiya olunur. Bu, bizim istehsal və xidmət sektorlarımızın rəqabət qabiliyyətini əhəmiyyətli şəkildə gücləndirəcək. Azərbaycan sahibkarları bundan faydalanmaq üçün bu prosesə qoşula bilərlər", - Litva Prezidenti bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *