2015-ci ilin 6 oktyabrında Şirvan kanalının Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində tikilmiş “Göyçay” Kiçik Su Elektrik Stansiyasının (KSES) açılışı olub.
Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, "Göyçay" KSES ümumi gücü 3,1 MVt olmaqla, hər biri 1,033 MVt gücündə 3 ədəd hidroaqreqatdan ibarətdir.
2023-cü ilin 9 ayında stansiyada elektrik enerjisi istehsalı 5,5 mln. kVt-saat təşkil edib.
Fəaliyyətə başladığı gündən 01.10.2023-cü il tarixinədək stansiyada 48,8 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Rəylər (0):