"Güləbird" KSES-də istehsal olunan təmiz enerjinin həcmi açıqlanıb

image

2021-ci ilin 14 fevral tarixində Laçın rayonunun Güləbird kəndi ərazisində Həkəri çayının üzərində yerləşən “Güləbird” Kiçik Su Elektrik Stansiyası (KSES) bərpadan sonra istifadəyə verilib.

Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, ümumi gücü 8 MVt olan KSES-də istismara verildiyi tarixdən cari ilin 1 fevral tarixinədək 48,5 mln. kVt-saat yaşıl elektrik enerjisi istehsal edilib.

Qeyd edək ki, KSES-lərdə ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal olunur və ətraf mühitə istixana effekti yaradan qazlar atılmır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *