Gürcüstan hökuməti ölkə ərazisində yeni su elektrik stansiyaları tikmək niyyətindədir

image

Gürcüstan hökuməti ölkədə elektrik enerjisinə olan tələbatın daha çox yerli istehsal hesabına ödənilməsi üçün yollar axtarır. Bunlardan biri də ölkə ərazisində yeni su elektrik stansiyalarının tikintisidir.

"Berpaolunanenerji.az"ın məlumatına görə, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında məlumat verib.

Hökumət başçısı deyib ki, Gürcüstanda kiçik, orta və iri su elektrik stansiyaları tikilməlidir. Bunun üçün əlavə investisiyalar axtarılır. Yeni stansiyaların tikintisi və investisiya imkanları ilə əlaqədar iqtisadiyyat nazirliyinə göstəriş verilib.

Baş nazir bildirib ki, ölkənin elektrik enerji sisteminin modeli hazırlanır. Bununla da ölkənin elektrik enerjisinə olan tələbatının ildən-ilə yerli istehsal hesabına ödənilməsi təmin olunacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *