Niderlandın Haaqa şəhərində Azərbaycan, Türkiyə, Gürcüstan, Macarıstan, Qazaxıstan və Rumıniyanın səfirlərinin təşəbbüsü ilə “Yaşıl enerji səfirləri” adlı qeyri-rəsmi qrup yaradılıb.
Renewables.az Azərbaycanın Niderlanddakı səfirliyinə istinadən xəbər verir ki, bu qrupun diqqət mərkəzində, həmçinin Qara dənizin dibi ilə sualtı elektrik kabelinin çəkilməsi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) layihələri də var.
Bu təşəbbüs çərçivəsində siyasətçiləri, biznes nümayəndələrini, parlamentariləri və başqalarını bu layihələr haqqında məlumatlandırmaq məqsədilə birgə diplomatik aksiyaların keçirilməsi nəzərdə tutulur.
Belə ki, ilk görüşdə Azərbaycan səfiri Rəhman Mustafayev həmkarlarını qeyd olunan layihələr və Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyini, o cümlədən də “yaşıl” enerjinin istehsalı və nəqli yolu ilə təmin etmək səyləri barədə məlumat verib.
Rəylər (0):