“Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib

image

2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Energetika Nazirliyi üzrə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən ağacəkmə aksiyası keçirilib. 

"Renewables.az" Energetika Nazirliyinə istinadən xəbər verir ki,  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Müşfiqabad qəsəbəsində təşkil edilmiş aksiyada yüzlərlə ağac əkilib.

“Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız” deyən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə ekoloji problemlərin həlli məsələləri də daim diqqət mərkəzində saxlanılıb. Dahi rəhbər ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə daim xüsusi qayğı ilə yanaşıb.

Baharın gəlişi, təbiətin oyanması mövsümündə keçirilən bu aksiyanın məqsədi də məhz Ulu Öndərin ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdir. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *