İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” üzrə İşçi Qrupunun üzvləri Zəngilan rayonunun Ağalı kəndi ərazisində inşa edilmiş “ağıllı kənd”in enerji infrastrukturu, o cümlədən kiçik su elektrik stansiyası - “Arximed” qurğusuna baxış keçirib, perspektiv planlarla tanış olublar.
"Renewables.az" xəbər verir ki, bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev tviter hesabında yazıb.
“Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında həyata keçirilən layihələr haqqında iclas iştirakçılarına məlumat verdik”, - V.Hacıyev qeyd edib.
Rəylər (0):