IFC: “Azərbaycan bərpa olunan enerjinin inkişafı istiqamətində intensiv iş aparır”

image

“Azərbaycan bərpa olunan enerji mənbələrinin inkişafı istiqamətində intensiv iş aparır”.

"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte Bakı Enerji Forumunda deyib.

O qeyd edib ki, ölkə bu istiqamətdə bütün resurslarından istifadə edir və IFC Azərbaycanın bu sahədə təşəbbüslərini alqışlayır.

İ.Duarte Azərbaycanın külək enerjisi sahəsində potensialını vurğulayıb.

Onun sözlərinə görə, IFC-nin məqsədi Azərbaycana lazımi investisiyaları cəlb etməyə və maliyyələşdirməyə yardım göstərməkdir.

Regional menecer vurğulayıb ki, pandemiya ekoloji nöqteyi-nəzərdən faydalı və ağlabatan həll yolları tapmaq istəyini artırıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *