İlham Əliyev: "Azərbaycan bərpaolunan enerji konsepsiyasını inkişaf etdirir"

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında iştirak edən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə "Berpaolunanenerji.az" Azərbaycan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji, o cümlədən “yaşıl enerji” sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan alternativ və bərpaolunan enerji konsepsiyasını inkişaf etdirir və ölkəmizdə bu sahə xarici sərmayədarları cəlb edir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *