İlham Əliyev: "Azərbaycan bərpaolunan enerji sahəsində beynəlxalq enerji bazarında ciddi oyunçu olacaqdır"

image

"Biz Avropa Komissiyası ilə enerji dialoquna start vermişik. Buraya yalnız qaz deyil, neft, elektrik enerjisi və hidrogen daxildir. Bərpaolunan enerji ilə bağlı Azərbaycanda böyük potensial var".

"Berpaolunanenerji.az" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

"Biz dünən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə heyətinin üzvləri ilə bu məsələni ətraflı müzakirə etdik. Biz artıq bu işlərə başlamışıq. Biz bu səyləri davam etdirməyi planlaşdırırıq və bir il yarımdan sonra 700 meqavatdan artıq külək və günəş enerjisi həcmi istifadə oluna biləcəkdir. Bu, yalnız başlanğıcdır. Potensial daha böyükdür. Artıq biz 4 qeqavat enerji həcmi ilə bağlı razılaşma imzalamışıq, ancaq təkcə Xəzər dənizinin potensialı 157 qeqavatdan ibarətdir. Bu, nəhəng həcmdir və şübhəsiz ki, Azərbaycan yaşıl enerji zonasına çevriləcək və bərpaolunan enerji sahəsində beynəlxalq enerji bazarında ciddi oyunçu olacaqdır", - Prezident bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *