İlham Əliyev: "Azərbaycanda elektrik enerjisi ilə bağlı mövcud daxili qiymətlər xarici sərmayədarlar üçün sərfəlidir"

image

"Çilov adasında yaşıl hidrogenlə bağlı layihənizə gəldikdə, belə başa düşürəm ki, bu, sizin üçün bir növ sınaq layihəsi idi, çünki onun real həcmi kiçikdir. Mən bəzi rəqəmləri gətirəcəyəm, bəzi planlarımızı xatırladacağam. Lakin məsləhət görərdim ki, əgər bərpaolunan enerji ilə bağlı layihələri nəzərdən keçirsəniz, sizə və buna marağı olan bütün tərəfdaşlarımıza nəyin baş verdiyini, o cümlədən qiymətlər barədə bəzi məlumatı sadəcə bildirmək istərdim".

"Renewables.az" Azərbaycan Prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib.

"Azərbaycanda elektrik enerjisi ilə bağlı mövcud daxili qiymətlər xarici sərmayədarlar üçün sərfəlidir. Bu, birincisi. Belə olmasa, onlar sərmayə yatırmazdı. Bu gün bizim icra olunan iki müqaviləmiz var. Onlardan biri “Masdar” ilə, digəri isə, “ACWA Power” ilə imzalanıb. Bunlar iki qlobal enerji şirkətləridir və onlar bərpaolunan enerjiyə böyük sərmayələr yatırırlar. Bu iki müqavilə icra olunmaqdadır. Ümumi həcmi 470 meqavatdır. Bundan əlavə, ümid edirəm, bu yaxınlarda BP ilə təməlqoyma mərasimi olacaq. Bu, əlavə 240 meqavat təşkil edəcək. Beləliklə, üç əsas enerji şirkəti hesab edir ki, Azərbaycanda bərpaolunan enerji sahəsində qiymətlər, tənzimləyici qaydalar və biznes mühit münasibdir. Belə olmasa, onlar sərmayə yatırmazdılar".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *