"Bosniya və Herseqovina ilə bərpaolunan enerji sahəsində əməkdaşlıq bizim üçün çox maraqlıdır".
Renewables.az Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 13-də Sarayevoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç ilə mətbuata bəyanatında deyib.
Prezident İlham Əliyev hidroenergetika, eyni zamanda bərpaolunan digər enerji növləri üzrə birgə araşdırmaların aparılacağını da vurğulayıb: “Əminəm ki, bu istiqamətdə də ciddi addımların atılması mümkün olacaq. Azərbaycan xarici ölkələrə milyardlarla dollar həcmində sərmayə qoyubdur və əlbəttə ki, Bosniya və Herseqovina ilə bu sahədə əməkdaşlıq bizim üçün çox maraqlıdır".
Rəylər (0):