Avropa İnvestisiya Bankı (EIB) Azərbaycanın inkişaf gündəliyində duran rəqəmsal transformasiya, bərpaolunan enerji resurslarının inkişafı və ixracı, nəqliyyat bağlantılarının genişləndirilməsi sahəsi üzrə ölkəmizin yaxın tərəfdaşı ola bilər.
"Renewables.az" Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu dövlət başçısı İlham Əliyev fevralın 18-də Münxendə Avropa İnvestisiya Bankının prezidenti Verner Hoyer ilə görüşündə deyib.
Dövlətimizin başçısı Azərbaycanın Orta Dəhliz üzərində yerləşən ölkə olaraq nəqliyyat-logistika potensialının daha da artırılması və azad ticarət zonasının yaradılması planları haqqında məlumat verərək, bu sahədə də əməkdaşlıq imkanlarının böyük olduğunu diqqətə çatdırdı, eyni zamanda, ölkəmizdə cəlbedici investisiya mühitinin yaradıldığını bildirib.
Rəylər (0):