Bu yaxınlarda Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı ilə bağlı mənim göstərişimlə dövlət proqramı qəbul edilmişdir. Proqram mətbuatda dərc edilib, hər kəs götürüb oxuya bilər. Bu, Naxçıvanın uğurlu sosial-iqtisadi inkişafını qısa müddət ərzində təmin edə biləcək proqramdır və əminəm ki, tam icra ediləcək. Çünki bu proqram bizim öz resurslarımıza əsaslanıbdır.
Renewables.az Prezidentin Mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib.
Prezident İlham Əliyev deyib: "Biz həm muxtar respublikanın bütün tələbatını “yaşıl enerji” ilə təmin edəcəyik, həm də qonşu ölkələrə də “yaşıl enerji”ni ixrac edəcəyik".
Rəylər (0):