Təhlükəsizlik, enerji, ticarət və hazırda bərpaolunan enerji sahələrində, ümid edirik ki, Amerika şirkətləri Azərbaycanın bərpaolunan enerji mənbəyinə çevrilməsi kimi böyük layihədə iştirak edəcəklər.
Renewables.az Azərbaycan Prezidentinin Mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən konfransda çıxışında deyib.
"Çünki Azərbaycanda külək və günəş enerjisinin təsdiqlənmiş ehtiyatları 200 qiqavata yaxındır. Beynəlxalq Maliyyə Korporasiyasının təsdiqlədiyi kimi, onun 157 qiqavatı Xəzərin bizə aid olan hissəsində külək enerjisinin həcmini əks etdirir", - dövlət başçısı bildirib.
Rəylər (0):