İngiltərənin Vorvik Universiteti ilə potensial əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə görüş keçirilib

image

Energetika nazirinin müavini Elnur Soltanovun iştirakı ilə İngiltərənin Vorvik Universitetinin dekanı Robin Klarkla potensial əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə görüş keçirilib.

Renewables.az Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Vorvik Universiteti arasında magistratura səviyyəsində mövcud olan “Bərpa olunan enerji mənbələri” ixtisası üzrə beynəlxalq İkili Diplom Proqramı haqqında danışılıb.

ADNSU ilə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi arasında imzalanmış Əməkdaşlıq Memorandumundan irəli gələn məsələlər də nəzərdən keçirilib.

Görüşdə Vorvik Universitetinin Xüsusi layihələr şöbəsinin rəhbəri Gareth Roberts, ADNSU-nun rektor əvəzi Vazeh Əsgərov, Azərbaycan-Fransız Universitetinin icraçı direktoru vəzifəsini icra edən Lətifə Nəsibova, “Bərpa olunan enerji mənbələri” ixtisası üzrə beynəlxalq İkili Diplom Proqramının direktoru Rafiq Əliyev və digər şəxslər də iştirak edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *