İslam İnkişaf Bankı (IsDB) Azərbaycanda, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə enerji sahəsində həyata keçiriləcək layihələrə, həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək “yaşıl enerji” dəhlizi layihəsinə maraq göstərir.
“Renewables.az” xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir energetika naziri Pərviz Şahbazov ilə görüşündə deyib.
Əl-Casir bankın infrastruktur layihələri, texniki dəstək, maliyyə yardımları, özəl sektorun inkişafı istiqamətində gördüyü işlər haqqında məlumat verib.
Rəylər (0):