İspaniya şirkəti ilə enerji sahəsi üzrə əməkdaşlığın qurulması imkanları müzakirə edilib

image

"Azərbaycan Sənaye Korporasiyası" ASC ilə  İspaniyanın “Dominion Global” şirkəti və onun törəmə müəssisəsi olan “BAS Corporation" -nin rəhbər heyəti arasında görüş keçirilib.

Renewables.az ASC-yə istinadla xəbər verir ki, istehsal sahələrinin qurulması, enerji, telekommunikasiya, infrastruktur layihələrinin icrası kimi sahələr üzrə ixtisaslaşmış “Dominion Global” şirkətinin nümayəndələri təmsil etdikləri qurum haqqında ətraflı məlumat verərək, enerji sahəsi üzrə əməkdaşlığın qurulması imkanlarını vurğulayıblar. 

Görüş zamanı bildirilib ki, Korporasiyanın tərkibində fəaliyyət göstərən istehsal sahələrinin, xüsusilə alüminium sənayesində elektrik enerjisinə olan tələbatı nəzərə almaqla bu əməkdaşlığın qurulması gələcəkdə qeyd olunan istehsal sahəsi üzrə enerji  təminatının davamlı olması baxımından zəruri bir addımdır.  

Qeyd edək ki, "Dominion Global"-ın törəmə müəssisəsi olan "Bas Corporation" bərpaolunan enerji mənbələrinin istehsalı istiqamətində ixtisaslaşıb və dünyanın15 ölkəsində ümumi olaraq 1246 MVt-dan çox enerji layihələri icra edib. Görüş əməkdaşlıq perspektivlərinin ətraflı müzakirəsi ilə davam edib və sonra sahələr üzrə lazımi səfərlər edilib.

Hal-hazırda İspaniya şirkəti tərəfindən nəzərdə tutulan istiqamət üzrə təklifin hazırlanması yönündə işlər aparılır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *