"İsrail ümid edir ki, bu ölkənin şirkətləri Azərbaycanda bərpa olunan enerji üzrə layihələrdə iştirak edəcəklər".
"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu Trend-ə özəl müsahibəsində İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.
Səfir qeyd edib ki, İsrail ekoloji təmiz enerji texnologiyaları sahəsində dünya lideridir.
"Fikrimcə, biz Azərbaycanla, xüsusilə də hökumətlə, Energetika Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə günəş və külək enerjisi sahəsində İsrail texnologiyalarının istifadəsi üzrə sıx əməkdaşlıq edə bilərik", - səfir bildirib.
Rəylər (0):