“İssık-Kul 2023” forumunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rolundan danışılıb

image

Qırğız Respublikasının Çolpon-Ata şəhərində VII Beynəlxalq “İssık-Kul 2023” iqtisadi forumu keçirilib.

Renewables.az-ın məlumatına görə, Baş nazirin müavini Əli Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti forumda iştirak edib.

Forumda Azərbaycanın alternativ enerjinin inkişafı üçün böyük potensiala malik olduğu vurğulanıb, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rolundan danışılıb. Qeyd edilib ki, dövlətimizin başçısı 2030-cu ilə qədər bərpaolunan enerji mənbələrinin ölkənin energetika sistemində payının 30 faizə çatdırılmasına dair hökumət qarşısında vəzifə qoyub. Artıq bu istiqamətdə dünyanın qabaqcıl şirkətləri ilə birgə iri layihələr həyata keçirilir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *