Energetika Nazirliyində İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Renewables.az bu barədə Nazirliyə istinadla xəbər verir.
İtaliyalı nazir müavinini Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri təyin edilməsi münasibəti ilə təbrik edən energetika nazirinin müavini Samir Vəliyev Azərbaycan və İtaliya arasında enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb.
Görüşdə Azərbaycanın bərpa olunan enerji potensialı, stateji hədəfləri, reallaşdırılan layihələr və gələcək planlar haqqında məlumat verilib, “yaşıl enerji” və enerji səmərəliliyi sahələrində əməkdaşlığın genişləndirilməsi üçün perspektivlərin olduğu qeyd edilib.
Qarşılıqlı maraq kəsb edən bir sıra məsələlərin müzakirə edildiyi görüşdə, həmçinin, Hökumətlərarası Komissiyanın Bakıda keçiriləcək növbəti iclasına hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Rəylər (0):