Enerji bundan sonra da strateji mövzu olaraq qalacaqdır və İtaliya, öz növbəsində, sizin enerjiyə keçid prosesində iştirak etmək istəyir.
"Renewables.az" Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Urso Mingəçevir şəhərində yeni İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bildirib.
"Əlbəttə ki, bərpaolunan enerji sahəsində layihələrə - günəş və külək enerjisinə gəldikdə, sizin layihələrdə iştirak etmək istərdik və beləliklə, bütöv regionu əhatə edəcək həmin bu enerji imkanlarına öz töhfəmizi verə bilərik", - italiyalı nazir deyib.
Rəylər (0):