Kəlbəcər-1 KSES-də 27,7 mln. kVt-saat təmiz enerji istehsal edilib

image

2022-ci ilin 26 iyun tarixində Kəlbəcər rayonunun Lev çayı üzərində inşa olunan "Kəlbəcər-1" Kiçik Su Elektrik Stansiyası (KSES) istismara verilib.

Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, ümumi gücü 4,4 MVt olan basqılı derivasiya tipli KSES-də istismara verildiyi tarixdən bu günədək 27,7 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Qeyd edək ki, su elektrik stansiyaları atmosferə istixana effekti yaradan qazlar atılmadığından ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsalı müəssisələri hesab olunur.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *