"Masdar Investments"in Azərbaycandakı direktoru: "Qaradağ" GES 2023-cü ildə kommersiya fəaliyyətinə başlayacaq

image

230 meqavatlıq istehsal gücünə malik "Qaradağ" Günəş Elektrik Stansiyası Azərbaycanda xarici investisiyaya əsaslanan ilk müstəqil günəş enerjisi layihəsidir.

"Renewables.az" xəbər verir ki, bunu "Masdar"ın Azərbaycandakı İnvestisiya Departamentinin direktoru Məryəm Al Mazrui Əmirlik Xəbər Agentliyi WAM-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, stansiyanın cari il ərzində kommersiya fəaliyyətinə başlaması gözlənilir. Stansiya hər il yarım milyard kilovat-saat elektrik enerjisi istehsalına töhfə verir ki, bu da 110 mindən çox evin tələbatını ödəməyə və hər il 200 min tondan çox karbon emissiyasını azaltmağa kifayət edir, bununla yanaşı, yeni iş imkanları yaradır. 

Qeyd edək ki, "Masdar" ötən ilin iyununda Azərbaycan Energetika Nazirliyi ilə ümumi gücü 4 000 meqavat olan təmiz və bərpa olunan enerji layihələrinin inkişafı üçün müqavilələrin imzalayıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *