İqtisadiyyat naziri Mikayıl Cabbarov "Masdar" şirkətinin sədri Sultan Əl Caberlə görüşüb.
"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə nazir özünün tviter hesabında yazıb.
"Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri (Moiatuae), ADNOC şirkətlər qrupunun baş direktoru, Masdar şirkətinin sədri Sultan Əl Caber ilə ölkələrimiz arasında uğurlu iqtisadi əlaqələr, neft-qaz hasilatı və neft-kimya üzrə layihələr, yaşıl enerji istehsalı üzrə əməkdaşlığın genişləndirilməsi barədə danışdıq", - nazir bildirib.
Rəylər (0):