"bp və digər şirkətlər Azərbaycanın bərpa olunan enerji bazarına daxil olmaqda və orada iştirak etməkdə çox maraqlıdır".
"Renewables.az"ın məlumatına görə, bunu Böyük Britaniyanın enerji təhlükəsizliyi və iqlim məsələləri üzrə regional səfiri Devid Moran “Report”a eksklüziv müsahibəsində deyib.
"Deməliyəm ki, artıq Azərbaycanda Britaniyanın bu sənayeni dəstəkləyən 300-400 enerji şirkəti var. İş yerləri yaratmağa və ölkəyə yeni bilik və bacarıqlar gətirməyə davam edəcək başqa Britaniya şirkətləri də var. Biz çox istəyirik ki, Azərbaycan bərpa olunan enerji mənbələrinə keçsin və emissiyaları azaltsın. Şadıq ki, ölkə beynəlxalq iqlim öhdəliklərinə qoşulmağa davam edir", - Moran bildirib.
Rəylər (0):