Muxtar Babayev: "Azərbaycan və Yaponiya bərpa olunan enerji layihələrinin həyata keçirilməsində əməkdaşlıq edir"

image

“Yaponiya Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə dəstək verib”.

"Renewables.az" “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda Yaponiya İmperatorunun doğum günü münasibətilə keçirilən tədbirdə deyib.

“Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə sıx əlaqələr və əməkdaşlıq var. Ümid edirəm ki, ölkələr arasında əməkdaşlıq bundan sonra da inkişaf edəcək”, - o vurğulayıb.

M.Babayevin sözlərinə görə, Yaponiya Azərbaycanda müxtəlif sahələrdə bir çox layihələrin həyata keçirilməsinə dəstək verib, o cümlədən bu gün iki ölkə işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji layihələrinin həyata keçirilməsində əməkdaşlıq edir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *