Naxçıvan şəhərində Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu işinə başlayıb.
Renewables.az xəbər verir ki, Naxçıvan Biznes Mərkəzində keçirilən konfransda Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, energetika naziri Pərviz Şahbazov, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Birləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühit naziri Mariam Mohammed Almheiri və digər rəsmi şəxslər iştirak edir.
Tədbir çərçivəsində "enerji keçidi", "yaşıl enerji zonası", "Naxçıvanın yaşıl enerji potensialı" və digər mövzularda plenar sessiyaların keçirilməsi, Azərbaycan və Türkiyənin bir sıra yüksək vəzifəli şəxslərinin çıxışları nəzərdə tutulur.
Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, ikinci Forum isə 2022-ci il 5-6 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilib.
Rəylər (0):