Naxçıvanda elektrik enerjisinə olan tələbatın 60 faizə yaxını bərpa olunan enerji ilə təmin edilir

image

Naxçıvanda elektrik enerjisinə olan tələbatın 60 faizə yaxını bərpa olunan enerji ilə təmin edilir.

"Berpaolunanenerji.az" xəbər verir ki, enerji təchizatının yaxşılaşdırılması tədbirləri çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə mayın 5-də Şərur rayonunun Zeyvə kəndində yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib.

Birinci yarım ildə muxtar respublikada 21 kilometr yeni elektrik xətləri çəkilib, 126 kilometr elektrik xətləri təmir edilib, 8 transformator yarımstansiyası quraşdırılıb, 2 kilometr hava elektrik xətləri yeraltı xətlərlə əvəz olunub.

Ordubad və Tivi Su Elektrik stansiyalarının tikintisi davam etdirilib.

Ali Məclisin Sədri deyib: “Muxtar respublikada elektrik enerjisinə olan tələbatın 60 faizə yaxını bərpa olunan enerji ilə təmin edilir. Bu sahədə işlər davam etdirilir. Çünki təbii resurslardan istifadə edərək muxtar respublikanın elektrik enerjisinə olan tələbatını bərpa olunan enerji mənbələri hesabına ödəmək mümkündür”.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *