Naxçıvanda elektrik enerjisinə olan tələbatın 60 faizə yaxını bərpaolunan enerji ilə təmin edilir

image

Muxtar respublikada elektrik enerjisinə olan tələbatın 60 faizə yaxını bərpaolunan enerji ilə təmin edilir.

"Berpaolunanenerji.az" xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 3 meqavatlıq Zeyvə Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi münasibətilə təşkilatçılara təşəkkürünü bildirərək deyib.

"Bu sahədə işlər davam etdirilir. Çünki təbii resurslardan istifadə edərək muxtar respublikanın elektrik enerjisinə olan tələbatını bərpaolunan enerji mənbələri hesabına ödəmək mümkündür", - sədr bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *