Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində və Xidmətin struktur bölmələrində ağacəkmə aksiyası keçirilib.
"Renewables.az" xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il Heydər Əliyev ili elan edilib, tədbirlər planı təsdiq edilib.
Tədbirlər planında nəzərdə tutulmuş işlərin icrası məqsədilə 11.03.2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində və Xidmətin struktur bölmələrində ağacəkmə aksiyası keçirilib. Aksiyada müxtəlif növ tinglər əkilib, ərazilərdə olan ağaclara qulluq edilib.
Rəylər (0):